Ramil Usubov Ziya Məmmədovun general qohumunu işdən çıxartdı

Ramil Usubov Ziya Məmmədovun general qohumunu işdən çıxartdı
SOSİAL
16:08 18.11.2016
11048

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.

Nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərzuman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, Ə. Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ərzuman Əliyevin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qudası olduğu da mətbuatda yayılan xəbərlər arasındadır.

OXŞAR XƏBƏRLƏR