Ramil Usubovdan sərt qərarlar: 8 nəfər işdən çıxarıldı - Rəsmi açıqlama

SOSİAL
14:54 12.05.2016
6866
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb.
Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar.
Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşları qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb. Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı da "töhmət", "şiddətli töşmət" cəzaları verilməklə işdən çıxarılıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Qaradağ rayon DYPŞ-dən 8 nəfərin işdən çıxarıldığını, onlardan 3 nəfərin daxili işlər orqanlarından kənarlaşdırıldığını təsdiq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polkovnik Ehsan Zahidov isə məsələ ilə bağlı araşdırma aparıb məlumat verəcəyini bildirib.
Ümumilikdə bir DYPŞ-dən 8 nəfərin eyni vaxtda sərt şəkildə cəzalandırılması heç də kiçik məsələ deyil. Görünür, uzun illərdir Qaradağ rayon DYPŞ ilə bağlı mətbuatda da yayılan məlumatlar nəhayət, öz təsdiqini tapdı.
Qeyd edək ki, daxili işlər orqanlarından qovulan DYPŞ rəisi Sabir Hümbətov Səbail rayon Polisi İdarəsinin rəis müavini, polkovnik Füzuli Hümbətovun qardaşıdır.
Onu da bildirək ki, işdən qovulanlar arasında vaxtilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandiri olmuş polkovnik Qafar Abbasovun oğlu da var. Maraqlıdır ki, digərləri bu cəzanı qəbul etsələr də, Qafar Abbasov oğlunun işdən qovulmasını həzm edə bilməyib və bəzi dairələrlə əlaqəyə girməklə oğlunun başqa işə keçirilməsinə çalışıb.
///avtosfer.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq