Daxili işlər orqanlarında yeni təyinat olub.
AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis polkovnik-leytenantı Siyavuş Sadıxov tutduğu vəzifədən azad edilib.
O, daha bir əmrlə Gəncə şəhər Baş Polis İdarəsinin təhqiqat şöbəsinin rəisi təyin edilib.