Ramil Usubovdan yeni rəsi təyinatı

SOSİAL
13:28 01.09.2016
2333
Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub.
AZXEBER.COM DİN-in saytına verdiyi məlumata görə, nazir Ramil Usubovun əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə rayon Polis idarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov, Yasamal rayon Polis İdarəsinin rəis müavini təyin edilib. Xəzər rayon Polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur.
Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.
OXŞAR XƏBƏRLƏR