Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı

Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı
SOSİAL
23:20 11.09.2021
5977

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

AZXEBER.COM xəbər verir ki, Bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib.

Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. "Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.
OXŞAR XƏBƏRLƏR