Facebook-da Ramin Hacılı-Bəxtiyar Hacıyev mübahisəsi getdikcə böyüyür.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Facebook-da gənc qızın Bəxtiyar Hacıyevdən kömək istəməsinə qarşı ona uyğunsuz söz işlətməsini tənqid edib.Ramin Hacılı öz profilində Reyhan Duman adlı bir qızın Bəxtiyar Hacıyevlə Facebook-da şəxsi mesajdakı söhbətini paylaşıb. O həmin söhbətlə bağlı bu qeydləri edib:“Biz bəzən özümüzə sual verməyə də tənbəllik edirik. Düşünmə tənbəlliyi. Heç düşündünüzmü niyə Ramin Hacılı Bəxtiyar Hacıyevin açıqlamasına ilk öncə normal reaksiya verdi, ertəsi gün ittihamlara başladı? Siz çox əziyyət çəkməyin. Deyim bilin.Bəxtiyar Harvardov çox peşəkarcasına mənim erməni qızla rəqs etməmə ad çəkmədən, obyektiv status həsr etdi görüntüsü yaratdı. Mən də buna xal toplamaq kimi yanaşmışdım. Ertəsi gün mənə zəng edib deyəndə ki, sən o Ermənistanda rəqs etdiyin qızları tanıyırdınmı? Sizcə o qızlar erməni kəşfiyyatı deyilmi? “Bu haradan çıxdı?” sualıma cavab belə oldu: Bəxtiyar Hacıyevin yazdıqları məntiqli görünür. Siz onları oxumamısınız?“Hacı” Bəxtiyarın yazdıqlarını yenidən oxudum. Açıq-aydın və peşəkarcasına bu mesajların yazıldığını gördüm. Saat 13:00 radələri idi. O zamana qədər jurnalistlərin Bəxtiyarla bağlı suallarını cavabsız qoymuşdum. Bəxtiyar Hacı Harvardov barədə artıq danışdım”.Ramin Hacılı daha sonra məqsədini açıq-aydın ifadə edib və Bəxtiyar Hacıyevi ciddiyə alıb ona qarşı ittiham irəli sürülməsin deyə onu gözdən salacağını yazıb:“Azərbaycan dövləti tərəfindən mənə səfərlə bağlı heç bir sorğulama olmayıb. Əgər olunsa və ya hər hansı başqa maddə ilə həbs olunsam (ki, buna inanmıram) əsl səbəb bu olacaq.Gələk bu Hacı Harvarda, mənim müsahibəmdən “içki təklif etdilər içdim” ifadəsini qabardaraq, qadınların erməni kəşfiyyatı tərəfindən hər zaman istifadə olunduğunu deyərək çatmaq istədiyi məntiqini bir zənglə bildim. Baxın o içməz-çəkməz Bəxtiyar 32 yaşındaykən 17 yaşlı iş axtaran məktəbliyə necə mollasayağı “podxod” edir. Markiz de Sadın canlandırdığı keşişləri xatırlayırsınız?Adam barəsində 3 belə azyaşlı qız faktı var və hələlik biri ilə kifayətlənirik. Bu PEDOFİLİZMDİ hə? Yəni demək istəyirsiz Hacı Bəxtiyar Hacıyev Harvard Pedofildi?!”.R.Hacılı daha sonra Bəxtiyar Hacıyevi ciddiyə almamğı məsləhət görüb:“İctimai sektorda elə qız yoxdur ki, ona molla təcrübəsizliyi ilə girişməsin. Beləsinə deyirlər: “Xanım olar saatınıza toxunum?”)))Bilirəm bu hal mənə başucalığı gətirmir. Mən belə şeylər yazmamalıyam statusuma görə. Lakin, səbir etdiyim 8 ilə son qoymaq qərarına gəldim. Artıq bundan sonra heç nə düşünmədən həqiqətləri deyəcəm. Tüpürüm o statusa da, imicə də ki, onun üçün həqiqətləri qurban verəcəm!”.