Prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev növbəti dəfə qalmaqallı mövzunun “qəhrəmanlarından” birinə çevrilib.
AZXEBER.COM xəbər verir ki, bu dəfə onun hədəfinə Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı tuş gəlib.Hafiz Hacıyev R.Hacılının Ermənistana səfər çərçivəsində banket zamanı erməni qızı ilə rəqs etməsini bəyənməyib. Bununla bağlı açıqlama verən prezidentliyə keçmiş namizəd hətta özünün gənclər təşkilatının üzvlərinə R.Hacılını döyməyi tapşırıb.Bununla bağlı açıqlama verən R.Hacılı bildirib ki, Hafiz Hacıyevi ciddiyə almır və heç inanmır ki, onun gənclər təşkilatı var.“İnanmıram ki, hər hansı bir gənc var və belə bir hadisə baş verəcək.Müxtəlif zamanlarda dediyi jarqonlardan bu gün də istifadə edir. Mən ona dünən də zarafatyana bir cavab verdim ki, gəncləri qırğına verməsin. Çünki o artıq qırğına verməkdən danışır.Mən özüm də karate ilə məşğul olmuşam, ona görə də ehtiyatlı olsun. Yəni, bu cürdü vəziyyət, lağlağıya qoyulası bir məsələdir”.