‘Ramin Hacılını döydürəcəm’ - Hafiz Hacıyev

SİYASƏT
16:39 05.11.2013
1741

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının beynəlxalq tədbir çərçivəsində Ermənistanda səfərdə olarkən erməni qızı ilə rəqs etməsi cəmiyyətdə ajiotaj doğurub.

Müasir Müsavat partiyasının sədri Hafiz Havıyev Ramin Hacılının bu hərəkətini qınayıb: “Qanı azərbaycanlı insanların əlinə batmış bir xalqın nümayəndəsi ilə qol qaldırıb oynamaq bizlərə yaraşan iş deyil. R. Hacılı Ermənistanda viski içib, orda kef çəkməsini cəzasız qoymaq doğru deyil. Hüquq mühafizə orqanları bu işi araşdırmalı və bununla bağlı tədbir görməlidirlər. Mən özüm şəxsən partiyamızın gənclərinə müraciət edib yaxın günlərdə Ramin Hacılını döydürəcəm”. /Moderator.az/

OXŞAR XƏBƏRLƏR