Ramin Musayevdən etiraz edən jurnalistlərə dəstək gəldi - AÇIQLAMA

Ramin Musayevdən etiraz edən jurnalistlərə dəstək gəldi - AÇIQLAMA
İDMAN
13:20 29.07.2013
1686

“Bundan sonra jurnalistlərin sərbəst şəkildə öz işini görməsi üçün hər cür şərait yaradılacaq.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Peşəkar Futbol Federasiyasının prezidenti Ramin Musayev deyib. R. Musayev Azərbaycan idman jurnalistlərinin yaydığı birgə bəyanata münasibət bildirib: “Ötən mövsüm Azərbaycan kubokunun final matçında yaşananlar hər birimizin yadındadır. Bu matçdan sonra qərara gəldik ki, mühafizəçilərin müdaxiləsinin qarşısı alınmalıdır. Bundan sonra futbolçuların, məşqçilərin hakimlərin olduğu yerdə heç bir klub mühafizəçisi ola bilməz. Olarsa, həmin kluba 0-3 hesablı texniki məğlubiyyət veriləcək. Bu bənd artıq əsasnaməmizə əlavə edilib. Jurnalistlərin işini görməsinə heç kim müdaxilə edə bilməz. Onların sərbəst şəkildə öz işini görməsinə şərait yaradılacaq. Bundan sonra heç bir jurnalistə qarşı hörmətsizlik edilə bilməz.”

Qeyd edək ki, idman jurnalistlərinin bəyanatında bildirilib ki, Azərbaycan Premyer Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurlar var. Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Bəyanatda AFFA və klublara xəbərdarlıq, bu cür halların təkrar olunmamağı tələb edilib.

Ceyhun

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
12:14 24.09.2025
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
11:53 24.09.2025
FİFA-da inqilabi dəyişiklik müzakirədə: 64 komandalıq Dünya Kuboku
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
11:46 24.09.2025
"Biz rəsmi statistika sahəsində müasir texnologiyalara əsaslanan islahatlara xüsusi önəm veririk"
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
11:44 24.09.2025
Rihanna və Aşap Roki gizli şəkildə evlənib
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
11:43 24.09.2025
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
11:33 24.09.2025
Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
11:30 24.09.2025
Bakıda daha bir ərazidə söküntü olacaq - ÜNVAN
Kreml Trampa cavab verib: Rusiya ayıdır
11:25 24.09.2025
Kreml Trampa cavab verib: Rusiya ayıdır
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
10:59 24.09.2025
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
10:41 24.09.2025
“Benfika”da ulduz planı: Mourinyo Benzemanı gətirmək istəyir
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
10:40 24.09.2025
ADNSU-nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
10:37 24.09.2025
Prezident Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
"Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər" - Rəşad Kəsəmənli
10:22 24.09.2025
"Aparıcılar sənətə aidiyyatı olmayan adamları sənətkar kimi təqdim edirlər" - Rəşad Kəsəmənli
Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
10:21 24.09.2025
Müəllimlər Günü ilə bağlı - Xəbərdarlıq
Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ
09:54 24.09.2025
Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ
Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı
09:39 24.09.2025
Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı