Ramin Quluzadə Özbəkistan səfirinə Ermənistanın təxribatından danışdı

Ramin Quluzadə Özbəkistan səfirinə Ermənistanın təxribatından danışdı
SİYASƏT
17:07 13.10.2020
640

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov arasında görüş keçirilib.

Bu barədə AZXEBER.COM-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Daha sonra R.Quluzadə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər 42 nəfər dinc sakin həlak olub, 206 mülki şəxs yaralanıb, 1786 mülki infrastruktura, o cümlədən poçt və rabitə infrastrukturuna ziyan dəyib.

Nazir qeyd edib ki, oktyabrın 10-da Moskva şəhərində tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, 24 saat keçməmiş, Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raket atılıb. Raketin mülki əhalinin sıx yaşadığı yaşayış binasına düşməsi nəticəsində 10 dinc sakin həlak olub, 34 mülki şəxs yaralanıb.

R.Quluzadə Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün göstərdiyi dəstəyə görə səfir B.Aşrafxanova təşəkkür edib. O, qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında avtomobil, dəniz və hava nəqliyyatı, tranzit yükdaşımaları və innovasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
08:06 12.10.2026
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
07:54 12.10.2026
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
07:43 12.10.2026
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
07:28 12.10.2026
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
07:10 12.10.2026
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”