Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.
Aktyorla vidalaşmağa onun sənət dostları gəlib. Xalq artisiti Sabir Məmmədov AZXEBER.COM-a açıqlamasında Ramiz Novruzun hansı xəstəliklə mübarizə apardığını əvvəllər bilmədiyini bildirib:
"Azərbaycan xalqı, tamaşaçısı və izləyicisi üçün Ramiz kimi aktyoru itimək çox ağırdır. Ramiz kimi aktyorun yetişməsi üçün illər lazımdı. Xəstəliyinə gəldikdə deyə bilərəm ki, biz bu xəstəliyin sonunu bilirdik. Amansız xəstəliklə mübarizə apardığını bilməyən Ramiz, xəstəliyin başlanğıcında nikbin idi. Ancaq xəstəliyini biləndən sonra o da xəstəliyi ilə barışdı. Allah rəhmət eləsin. Azərbaycan səhnəsi Ramizi itirdi".
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında düntasını dəyişib.
Aydın