Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

TOP4
10:15 25.12.2018
4554
Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" proqramına qonaq olarkən deyib. 

Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: "Yaxşıyam, klinikadaym. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm".

Qızı isə açıqlamasında aktyorun insultdan əziyyət çəkdiyini söyləyib: "Barmağında qanqren başlayıb. Damarlarında da tıxanma var. Xəstəxanaya gətirmişik". 

Xatırladaq ki, xalq artisti beyinin işemik insultu xəstəliyindən əziyyət çəkir. 

OXŞAR XƏBƏRLƏR