"Ramiz Mehdiyev 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir" - Əli Həsənovdan şok sözlər

"Ramiz Mehdiyev 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir" - Əli Həsənovdan şok sözlər
SİYASƏT
14:43 27.10.2025
1298
"Mən Ramiz Mehdiyevlə 30 ildən artıqdır ki, tanışam. İlk tanışlığımız 1990-cı ildə baş verib. Özü də qeyri-rəsmi vəziyyətdə tanış olmuşuq. Belə ki, 1990-cı ildə deputat seçkiləri zamanı tanışlığımız yaranıb. Ondan sonrakı dövrdə YAP-ın yaradılması prosesində dəfələrlə ünsiyyətdə olmuşuq. 1995-ci ildə mən PA-ya təyin olunandan sonra artıq birbaşa Ramiz Mehdiyevlə birlikdə işləmişik. Bu müddətdə də gün ərzində ən azı bir neçə dəfə ünsiyyətdə olmuşuq”.
 
AZXEBER.COM Konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin Sabiq müdiri Əli Həsənov səsləndirib.
 
Əli Həsənov Ramiz Mehdiyevi dövlət və ictimai xadim kimi xarakterizə edib. Onun müsbət keyfiyyətlərindən danışıb. Mehdiyevdən dövlət idarəçiliyi və təfəkkürü ilə bağlı çox şey öyrəndiyini etiraf edib.
 
Qeyd edək ki, videonu TV1 kanalı yayıb.
 
Daha ətraflı videoda:
 
 
OXŞAR XƏBƏRLƏR