Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademikRamiz MehdiyevAzərbaycan hökuməti və BMT-nin 2015-ci ildən sonrakı dövr üçün illik məsləhətləşmələrin nəticələrini təsdiq edilməsinə həsr olunan konfransda çıxış edərkən deyib. R.Mehdiyev qeyd edib ki, İlham Əliyevin həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni keçərək bəşəriyyətin gələcəyi naminə uzun müddətli inkişafın təmin edilməsinə xidmət edir.“Bu günkü tədbirdə 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrin müzakirəyə çıxarılması Azərbaycanın çoxsahəli fəaliyyət prioritetlərinin bariz nümunəsidir.Bildiyiniz kimi, Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, torpaqlarının 20%-i işğal edilmiş, 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşmüşdür.Bu çətinliklərə baxmayaraq, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə (MİM) ilk sıralarda nail olmağı bacardı”.R.Mehdiyevin sözlərinə əsasən, bu o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf etmiş və dünya ictimaiyyəti qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uzun bir yol qət edərək uğurla yerinə yetirmişdir.“Hazırda Azərbaycan Dünya Bankının adam başına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupunda və BMT İnkişaf Proqramının hesabatında isə “yüksək insan inkişafı” ölkələri qrupunda qərarlaşmışdır”.Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, Azərbaycan dövləti bir tərəfdən MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurdu, digər tərəfdən isə əldə olunan nəticələri əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəltməklə insan inkişafı indeksini MDB məkanı üçün ən yüksək səviyyələrə çatdırdı.“Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını artırmış, insan inkişafı indeksində yüksəlişini təmin etmiş, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirmişdir.Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir”.O bildirib ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bildi.“2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcək. Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək. Əksinə Azərbaycan inkişafının yeni əsaslarını təyin edib, biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək”.