Ramiz Mehdiyev: ‘Azərbaycanın tarixini İranın ümumi tarixinin önəmli bir hissəsi hesab etmək olar’

SİYASƏT
12:29 30.04.2013
2292

Prezident Administrasiyasının rəhbəri: “Azərbaycanla İranın qonşuluq münasibətlərinə xələl vurmaq istəyən xarici qüvvələr var”

İranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə İran parlamentinin sədri Əli Laricaninin görüşünün detalları məlum olub. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə Ə. Laricani bildirib ki, İran daima Azərbaycanın sabitliyi, suverenliyi və müstəqilliyinin mühafizəsini, bu ölkə xalqının səadət və tərəqqisini arzulayır. Spiker Azərbaycanla İran arasındakı tarixi və mədəni bağlılıqlara da toxunub: “Biz Azərbaycan xalqı ilə dostluqda möhkəmik. İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsini dəstəkləyir. Region ölkələri öz problemlərini bir-biriləri ilə yaxından əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdir. Bu baxımdan İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır”. R. Mehdiyev isə öz növbəsində səfərdən razı qaldığını bildirərək, İranı Azərbaycanın dostu və qardaşı adlandırıb: “Azərbaycan və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycanın tarixini İranın ümumi tarixinin önəmli bir hissəsi hesab etmək olar. Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar, böyük potensiallar və mənafelər qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bundan da faydalanmaq lazımdır”. Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, iki müsəlman ölkənin dinc qonşuluq münasibətlərinə, dostluq əlaqələrinə xələl vurmaq istəyən xarici qüvvələr var: “Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır”. Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev aprelin 29-da İrana səfər edib. O, səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və prezident Mahmud Əhmədinejadla da görüşüb. Səfər S. Cəlilinin dəvəti ilə gerçəkləşib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb