Ramiz Mehdiyev ilə bağlı sürpriz həbslər gözlənilir - Bu adamlar da ifşa olunacaq

Ramiz Mehdiyev ilə bağlı sürpriz həbslər gözlənilir - Bu adamlar da ifşa olunacaq
SİYASƏT
16:51 04.11.2025
2237
3 həftədir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı istintaq prosesi davam edir. 

Aparılan araşdırmalar nəticəsində onun uzun illər ərzində formalaşdırdığı təsir dairəsi, dövlətin müxtəlif strukturlarında qurduğu əlaqələr və köhnə idarəetmə mexanizmləri bir-bir üzə çıxır. 

Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Ramiz Mehdiyevin ev həbsinə nə səbəbdən göndərildiyi bəllidir:

"İstintaq orqanı və dövlət qurumları rəsmi açıqlama verməsələr də, mətbuatda gedən məlumatlara təkzibin olunmaması göstərir ki, ittihamlar əsassız deyil. Çoxsaylı şəxslərin dindirilməsi barədə müəyyən dairələrdən informasiyalar almışam. Bu gün vəzifədə olan bəzi şəxslərin də dindirildiyini bilirəm. Amma hesab edirəm ki, bu mövzuya spekulyasiya yolları ilə yanaşmaq olmaz. Hazırda istintaq tədbirləri həyata keçirilir. Dövlət daxilində dövlətə xəyanət etmiş, dövlətin vaxtilə verdiyi imtiyazlardan sui-istifadə etmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi prosesi gedir”.


Partiya sədri qeyd edib ki, bu 4 ay təsadüfi seçilməyib:

"Ramiz Mehdiyevlə bağlı istintaq müddəti 2, 3 ay da ola bilərdi. Görünür, 4 ay seçilib ki, bu cinayətkar şəbəkənin dairəsi tamamilə rahatlıqla müəyyənləşdirilsin. Əlbəttə, hüquq elmi baxımından məhkəmə qərarı olmadan kiməsə "cinayətkar” demək düzgün deyil. Amma hər şeyi açıq demək lazımdır. Ramiz Mehdiyevin fəaliyyəti Azərbaycan xalqı üçün gizlin deyil. O hələ də vəzifədə olduğu dövrdə də biz həmişə onun və onun şəbəkəsinin Azərbaycanda Rusiya tərəfdən təsirçi qüvvə olduğunu bildirmişik. İndi tənqid etmək çox asandır. Onun imtiyazları əlindən alınıb, səlahiyyətləri götürülüb. Hər kəs deyir ki, "20 ildir mən Ramiz Mehdiyevlə mübarizə aparıram.” Bu cür iddiaları irəli sürən adamlar 20 il müddətində həmin şəxslə necə rəftar etdiklərini, nə etdiklərini izah etməlidirlər. 

Mətbuata baxdım ki, 2013-cü ildə bu adamın təqdir edən şəxslər olub. Azərbaycan siyasətinin generalı kimi təqdim olunub. Başqa biri onun yazılarına yüksək qiymət verib.

İndi kimisə dindirsən, hamı deyir ki, biz mübarizə aparırdıq. Əgər "mübarizə aparmaq” birinə bəy tərifi deməkdisə,  "mübarizə aparmaq” kiminsə yazılarını  yüksək qiymətləndirməkdirsə , onda biz əslində heç nə etmişik?”.

A.Şakiroğlu vurğulayıb ki, Mehdiyevi zamanında tənqid edib: 

"Ramiz Mehdiyevlə bağlı 2017-2018-ci illərdə bizim yazılarımız, açıq videolarımız var. Məsələn, başqa bir şəxsin 1997-ci ildə Milli Məclisdə etdiyi tənqidi səhnələr də göstərilir. Mən həmin halları da təqdir edirəm. Amma 1997-ci ildə Ramiz Mehdiyevi tənqid etməyə nə var idi ki? O zaman Ramiz Mehdiyev 2–3 il ərzində hələ tam komanda formalaşmamışdı. 
Mən 2013-cü və 2015-ci ildə Ramiz Mehdiyevin repressiyalarının davam etdiyini qeyd etmişdim”.

Partiya sədri indi Mehdiyevə qarşı çıxanların bəzilərinin səmimi olmadığını da deyib: 

"Bu anti-Ramiz Mehdiyevçiliyin səbəbi ona qarşı çıxanların səmimi olmamağından qaynaqlanır. Şübhəsiz ki, onlar Mehdiyevi inkar etməklə, onu zəiflətməklə, daha çox tənqid etməklə özlərini sığortalamağa çalışırlar. Amma dövlət dərin və böyükdür. Dövlət kimin kim olduğunu yaxşı bilir. Bu tip ucuz əhval-ruhiyyədə olanlar düşünməsinlər ki, dövlətin üstünlüyünü zəiflədə bilərlər”.

GAP sədri əlavə edib ki, bir nəfər səmimi etiraf etmir:

"Heç kəs keçmişdə səhv etdiyini etiraf etmir. Bir nəfər etiraf etsin ki, biz o vaxt yanılmışıq, səhv etmişik. Desinlər ki, siyasətçi, deputat, partiya sədri olaraq Ramiz Mehdiyevə inandığımıza görə Azərbaycan xalqından üzr istəyirik. Amma hər kəs deyir ki, "biz 20 ildə mübarizə aparmışıq.” Cəmiyyət bunu görür, analitikləşdirə bilir. Bu cür hallar insanları gülünc vəziyyətə salır. Hesab edirəm ki, keçmişdə dövlətə bağlı sui-istifadə edən, dövlətin verdiyi imtiyazlardan anti-dövlət fəaliyyətində istifadə etmiş hər kəs, xüsusilə Ramiz Mehdiyev, dövlətin sərt üzünü görəcək. Bu əməliyyatları mən xarici dairələrin Azərbaycanda beşinci sütunları yaratmaq istəyənlərinə bir xəbərdarlıq kimi dəyərləndirirəm. Fikrimcə yaxın vaxtlarda sürprizlər olacaq. Bu sürprizlər vasitəsilə açılmış cinayət içinin mahiyyəti tam ifşa olacaq”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb