Ramiz Mehdiyev korrupsiyadan danışdı

Ramiz Mehdiyev korrupsiyadan danışdı
SİYASƏT
00:51 01.07.2014
2344

Azərbaycan hökumətinin uzun müddətdir diqqətdə saxladığı korrupsiya ilə mübarizə məsələsi bu gün Bakıda təşkil olunan beynəlxalq konfransda geniş müzakirə olunub. Hökumətin geniş tərkiblə iştirak etdiyi toplantı açıqlamalarla yadda qalıb.  AZXEBER.COM-un məlumatına görə, Prezident İlham Əliyevin müraciətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açıqlayıb.  O deyib ki, Azərbaycanda korrupsiyaya qarşı uğurla mübarizə aparmaq üçün möhkəm siyasi iradə var.  "Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, qanunvericilik bazasını təkmilləşdirir, islahatlar həyata keçirir. Azərbaycanda dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətlərindəndir", - deyə Prezident İlham Əliyevin Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində deyilir.  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözlərinə görə, təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır: “Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətinin göstərilməsində korrupsiyanı istisna edən, şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər”. Ramiz Mehdiyev Baş prokurorluq nəzdində korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasını, “ASAN xidmət”i unikal bir nümunə kimi göstərib. Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Korrupsiyaya qarşı mübarizə istiqamətində qanunvericiliyin təkmişləşdirildiyini, milli fəailyyət planının hazırlandığını deyib. Konfransda vurğulanıb ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmiz bu sahədə öz töhfələrini verəcək. Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, beynəlxalaq əməkdaşlıq çərçivəsində korrupsiyaya qarşı mübarizə daha effektiv ola bilər və mübarizə çərçivəsində kompromisdən söhbət gedə bilməz. Baş prokuror Zakir Qaralov konranfsın əhəmiyyətindən danışarkən deyib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakı ilə keçirilən tədbirdə Avropa Şurasına üzv ölkələrin hüquq-mühafizə orqanlarının, müstəqil antikorrupsiya qurumlarının və möhtəbər beynəlxalq təşkilatların 130-dan artıq yüksək vəzifəli nümayəndəsi, mütəxəssislər, dövlət orqanı nümayənədələri, QHT-lər iştirak edir. Bir neçə ölkənin prokurorları, ədliyyə nazirləri, korrupsiya qarşı mübarizə idarələrin rəhbərlərinin iştirak etdiyi tədbirdə antikorrupsiya mövzusunda məruzələr dinlənib, müzakirələr açılıb.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi