Ramiz Mehdiyev yığıncaq keçirəcək

SİYASƏT
10:42 16.04.2014
1204

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əsas binasının dairəvi zalında Rə­ya­sət Heyətinin 2013-cü ildəki elmi və elmi-təş­ki­la­ti fəaliy­yətinə həsr olunan ümumi yığıncaq keçiriləcək.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə ötən il əldə olunmuş nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. AMEA-nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək. Yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərləri iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR