Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildi

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildi
Siyasət
17:24 16.11.2018
5312
Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının Livanda ərəb dilində nəşrinin təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində "Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verib.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, deputat, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış ediblər.

Bildirilib ki, kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

Qədim tarixi dövrlərə, orta əsrlərə, yeni və müasir tarixə aid mənbələrə istinadla yazılmış bu kitabda münaqişənin yaranma səbəbləri öyrənilir, daha sonra Azərbaycan tarixinin çoxəsrlik dövrlərində Dağlıq Qarabağ ərazisinin mülkiyyəti sənədlər əsasında izah olunur. Həmçinin kitabda demoqrafik inkişaf, Dağlıq Qarabağın azad edilməsi üçün silahlı müqavimətin başlanması məsələləri tədqiq edilir, Minsk qrupunun təşkilatçılığı ilə aparılan danışıqlar prosesi, bu vilayətdə mövcud olan vəziyyətə beynəlxalq qurumların münasibəti məsələləri oxucunun diqqətinə çatdırılır.

Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir, müasir tarixşünaslıq və politologiyada "Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi” adlandırılan problemi obyektivliklə öyrənməyə başlayan hər kəsə kömək edir. Qarabağ vilayətinin tarixinin anlaşıqlı üslubda təqdim olunması oxucuya imkan verir ki, o, tarixi sənədləri çox vaxt xarakterizə edən rəsmi-quru üslubu başa düşmək əziyyətindən xilas olsun. Bu baxımdan belə bir kitabın ərəb dilinə tərcümə edilməsi ərəb oxucusunun problemlə əlaqəli bir çox həqiqəti başa düşmək işini asanlaşdırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır