Azərbaycan Milli Elmlər Akademiyasında Ramiz Mehdiyevin şəkli hələ də divardan götürülməyib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri lövhəsində keçmiş rəhbər Ramiz Mehdiyevin şəkilləri divarlarda asılı vəziyyətdə qalır. Onun fotosu akademiyanın akademiklərinin fotolarının arasında asılıb. Buna səbəb isə AMEA-nın hələ də Mehdiyev ilə bağlı addım atmamasıdır.
Xatırladaq ki, bir müddət öncə AMEA-nın prezidenti İsa Həbibbəyli bildirmişdi ki, "Ramiz Mehdiyevin etdiyi hərəkətlər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü qalmasına imkan vermir”.
Akademiya sədrinin bu açıqlamasından 1 ay keçməsinə baxmayaraq hələ də əməli addım atılmayıb.
Qeyd edək ki, 14 oktyabr 2025-ci ildə Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.










































