Maraq doğuran məqam isə həm də odur ki, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk edən Ramiz Mehdiyev hələ də digər müxtəlif vəzifələr tutur.
Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə "Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib. Onun digər postlarından biri isə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə bağlıdır. O, sözügedən qurumun rəhbəri vəzifəsini icra edir.
Kimdir onlar?
Bu siyahıda ilk ağla gələn şəxs sabiq AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. Belə ki, o, 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır.
İndi isə cənab Mehdiyevin digər vəzifəli qohumları ilə tanış olaq:
Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, Ramiz Mehdiyevin qardaşı oğludur.
Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və R.Mehdiyevin qardaşı oğludur.
Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.
Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.
Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O, ötən ilkürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi.
İ.Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyevisə, prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib.