Bu gün Bakıda Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya rəhbərliyi, professorƏli Həsənovun redaktorluğu, "Azərbaycan" qəzeti redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında ərsəyə gələn "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı 2 cildli kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, kitab müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilir. Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoruBəxtiyar Sadıqovkitab haqqında məlumat verərək qeyd edib ki, kitabda Azərbaycan iqtidarının idman siyasəti və onun tərkib hissələri olan gənclərin inkişafına qayğı, ölkə vətəndaşlarının sağlamlığı, Azərbaycanın dünyaya təqdimatı və müasir imici məsələləri, Azərbaycanda idmanın inkişafına Heydər Əliyevin göstərdiyi qayğı və qoyduğu təməl, Prezidentİlham Əliyevin idman sahəsində gördüyü işlərdən bəhs edilir.