Ramiz Mehdiyevin istefasını qəbul etmədiyi institut rəhbərindən AÇIQLAMA

Ramiz Mehdiyevin istefasını qəbul etmədiyi institut rəhbərindən AÇIQLAMA
SOSİAL
18:30 22.01.2022
680
"AMEA prezidenti Ramiz Mehdiyevin 19 yanvar 2022-ci ildə Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun rəhbəri kimi mənim haqqımda, o cümlədən institut haqqında söylədiyi əsassız və qeyri-obyektiv fikirləri barədə açıqlamam geniş ictimai əks-səda yaratdı. Müzakirələr zamanı bu açıqlama ətrafında həm müsbət, həm də tənqidi qeydlərini bildirən hər kəsə təşəkkür edirəm”.

AZXEBER.COM "Modern.az"a istinadən xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib.

K.Şükürov qeyd edib ki, 21 yanvarda bir tərəfdən Akademiya prezidentinin qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən AMEA sistemindəki digər elmi fəaliyyətindən istefa haqqında ərizəsini şəxsən təqdim edib:

"Mediadan bildim ki, istefa ərizəm qəbul edilməyib. Bu çarəsiz qərar AMEA prezidentinin demokratik çağırışları qəbul etməyə qadir olmadığını göstərdi. Ona görə də Tarix İnstitutundakı vəzifəmi davam etdirəcək, AMEA-da köklü islahatlar aparılması və müasir intellektual dəyişikliklər dövrünün tələblərinə cavab verməsi naminə mübarizəmi bu sistemin öz daxilində aparacaq, Tarix İnstitutu qarşısında qoyulan hədəflərə nail olmağa çalışacağam”.

Professor bildirib ki, yaranmış vəziyyət sadəcə AMEA-nın prezidenti ilə institut rəhbəri arasındakı münasibət kimi nəzərdən keçirilməməlidir:

"Burada Azərbaycan elminin bu günü və perspektivi də nəzərə alınmalıdır. Nəhayət, elə bir mühit yaradılmalıdır ki, Azərbaycan elmin təşkili, idarə olunması və uğurları ilə ölkənin qürur mənbələrindən birinə çevrilsin”.

Qeyd edək ki, tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi