Ramiz Mehdiyevin Putin ilə - FOTOSU yayıldı

Ramiz Mehdiyevin Putin ilə - FOTOSU yayıldı
SİYASƏT
01:41 18.10.2025
450

Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilən Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putin ilə arxiv fotosu yayılıb.

AZXEBER.COM xəbər verir ki, fotonun 2002-ci ildə çəkildiyi bildirilib.

Görüntülərdə Mehdiyevin masa arxasında Putin və Ermənistanın sabiq prezidenti, o dövrdə Ermənistan Təhlükəsizlik Şurasının sədri çalışan Serj Sarkiyanla müzakirə apardığı görünür.

Bu fotolardan da Mehdiyevin Rusiya ilə isti münasibətlərinin olduğu təsdiqini tapır.

Qeyd edək ki, mediada yayımlanan xəbərə görə, Ramiz Mehdiyev son dövrlər Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.

Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.

Həmin fotonu təqdim edirik: 


OXŞAR XƏBƏRLƏR