Ramiz Məlik Məleykə Əsədovanı məhkəməyə verdi - 300 minlik təzminat

Ramiz Məlik Məleykə Əsədovanı məhkəməyə verdi - 300 minlik təzminat
MƏDƏNİYYƏT
15:13 12.12.2017
2306

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verib. O, aktrisadan 300 min manat təzminat tələb edir. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Azvision.az-a M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib. Vəkil bildirib ki, tərəflər razılığa gəlmək istəmir və məhkəmə proses davam edəcək.
"Ramiz Məlikin niyə belə reaksiya verdiyini başa düşə bilmirik. Məhkəməyə iddia ərizəsi verib ki, Məleykə xanım onun evinə zəng edərək, həyat yoldaşını hədələyib. Amma əslində, elə olmayıb. Məleykə xanım telefonda deyib ki, Ramiz bəyə ayıb olsun, qeyrətini çəkmək onun işi deyil. Gedişat göstərir ki, tərəflərin bir-birilərinə güzəştə getmək fikri yoxdur. Məleykə xanım nə etdiyini bilir. Amma Ramiz bəyin cavabları anlaşılmazdır. O, birinci məhkəmə görüşündə dedi ki, aktrisaya heç nə deməyib. Əgər heç nə deməmisənsə, niyə üzr istəyirsən?! Əlimizdə saytlardan götürdüyümüz materiallar var. "Fahişə" sözü heç nədir? Dediyini boynundan atır.

Məhkəmə zamanı mən ona dedim ki, ağsaqqal adamsan, növbəti iclasa qədər Məleykə xanımla danış, bildir ki, səhv etmisən. Onu yola gətirməyə çalışdım. Cavab verdi ki, mətbuat vasitəsilə üzr istəmişəm, artıq heç nə edə bilmərəm. Ramiz bəy məhkəməyə müraciət etməkə Məleykə xanıma təzyiq göstərmək istəyir", - deyə Tağı Hüseynov bildirib.

Vəkilin sözlərinə görə, M.Əsədova R.Məliki bağışlamaq fikrində deyil. Növbəti məhkəmə dekabr ayının 19-a təyin edilib: "Böhtan və təhqirlə bağlı məhkəməyə ayrıca müraciət olunacaq. Cinayət Məcəlləsində böhtanla bağlı 147-ci maddə, təhqirlə bağlı isə 148-ci maddə var. Bu maddələri əsas götürərək məhkəməyə müraciət olunacaq. Ramiz Məlik artıq dövlət tərəfindən də cəzalandırılacaq”.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib. Bundan qəzəblənən aktrisa Ramiz Məliki məhkəməyə verib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"