Ramiz Məlik: Səhhətimlə bağlı hər şey qaydasındadır

Ramiz Məlik: Səhhətimlə bağlı hər şey qaydasındadır
MƏDƏNİYYƏT
16:57 18.05.2023
1193
Xalq artisti Ramiz Məlik səhhəti ilə bağlı fikirlərini bölüşüb.

AZXEBER.COM xəbər veirr ki, o, APA-ya açıqlamasında səhhətinin normal olduğunu deyib.

"Evdəyəm, hər şey qaydasındadır, müalicə alıram”, - Ramiz Məlik qeyd edib.

Xatırladaq ki, Xalq artisti bir müddətdir onkoloji xəstəlikdən müalicə alır. O, ötən gün özünün sosial media hesabında paylaşım edərək səhhəti ilə maraqlanan kəslərə, xüsusi diqqət göstərən adamlara təşəkkürünü ifadə edib.
OXŞAR XƏBƏRLƏR