"Ramiz Məliki bağışlasam, valideynlərimin ruhu məni bağışlamaz" - Məleykə Əsədova

"Ramiz Məliki bağışlasam, valideynlərimin ruhu məni bağışlamaz" - Məleykə Əsədova
MAQAZİN
16:51 04.12.2017
1971
"Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur".
 
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya xalq artisti Məleykə Əsədova deyib. O qeyd edib ki, Ramiz Məlik cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur:

"Ramiz Məlikin saytlara verdiyi açıqlamaları oxuyanda dəhşətə gəldim. Deyir ki, Məleykə Əsədova xalq artistidir, bu olanlar ona yaraşmaz, mən onu təhqir etməmişəm, öyüd-nəsihət vermişəm. Sual verirəm: Ramiz, sənin dünyanda ailəni əxlaqsız sözlərlə ictimaiyyət qarşısında söymək təhqir deyil? Deyirsən, əlli illik təcrübən, 74 yaşın, ağ saçların var. Sən nəyə görə 74 yaşından, ağ saçlarından, işlədiyin kollektivdən, bizi alqışlayan tamaşaçılardan utanmadan, hörmət etmədən, səninlə illərdir, səhnəni bölüşən, bir neçə tamaşada tərəf müqabili olan iş yoldaşını və onun ailəsini ictimaiyyət qarşısında təhqir etdin? Bu, sənin dediyin kimi, 50 illik iş təcrübənə, 74 yaşına, ağ saçlarına yaraşar? Sən yenə də səhv informasiya yaymaqla, şantaj etmək, böhtan atmaqla özünü cəmiyyət qarşısında təmizə çıxarmaq, haqsız ola-ola haqlı kimi təqdim etməyə çalışmaq, özünü günahsız tərəf kimi göstərməyə cəhd etmək, əməllərinə görə səni gözləyən məsuliyyətdən yaxa qurtarmağa çalışırsan. Amma bu, boş cəhddir. Çünki mən ölkəmizin ədalət məhkəməsinə güvənirəm".

M. Əsədova əlavə edib ki, illərdir, teatrda bu kimi qalmaqallar ancaq Ramiz Məlikin adı ilə bağlıdır:

"Keçən il olan qalmaqal unudulmamış, yenə heç kimlə işi olmayan, öz balaca dünyasında hər kəsə xoşbəxtlik arzulayan, Allahına bağlı olan bir qadınla qalmaqal yaratdın. Bununla iç dünyanın "tərbiyə zənginliyi"ni göstərdin. Hamı bilir ki, valideynlərimə nə qədər böyük hörmət, sevgi ilə yanaşmışam. Onlar dünyasını dəyişsə də, ruhları hər zaman mənimlədir. Mən səni bağışlasam, atamın-anamın ruhu məni bağışlamaz. Üzümü Ramiz Məliki məhkəməyə verdiyimə görə məni qınayan bəzi insanlara tuturam: siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız? Ramiz Məlik gedib atamla anamın məzarı qarşısında onların ruhlarından üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"