Ramiz Mirzəyevin oğlunun öldüyü dəhşətli qəzanın - Videosu

Ramiz Mirzəyevin oğlunun öldüyü dəhşətli qəzanın - Videosu
SOSİAL
15:03 15.02.2018
2551
Sabirabad rayonunun Həşimxanlı kəndində "Jeep” markalı minik avtomobili su kanalına aşıb.

AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Anar Mirzəyev sabiq AFFA prezidenti Ramiz Mirzəyevin oğludur.

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdu.
 

OXŞAR XƏBƏRLƏR