"Teatr sənəti üçün çox böyük itkidir" - Hacı İsmayılov

MƏDƏNİYYƏT
12:10 21.02.2023
624
"Xalq artisti Ramiz Novruzun həyatını itirməsi hər birimizi və onunla bir səhnəni bölüşən həmkarlarının qəlbini incidir" - bu sözləri Ramiz Novruzla vidalaşmağa gələn Xalq artisti Hacı İsmayılov AZXEBER.COM-a açıqlamasında bildirib. 
 
O qeyd edib ki, Ramiz Novruzun xatirəsi daim qəlblərdə yaşayacaq:"Azərbaycan mədəniyyəti və teatr sənəti üçün çox böyük itkidir. Xalq artisti Ramiz Novruzun həyatını itirməsi hər birimizi və onunla bir səhnəni bölüşən həmkarlarının qəlbini incidir. Razim böyük yaradıcılıq dövrü keçib, tamaşaçıların sevgisini qazanıb. Bu isə hər kəsə müvəffəq olmur. Azərbaycan Dövlət Dram teatrının rəhbəri Azərpaşa Nemətovun və bütün kollektiv adından hər kəsə dərin hüznlə başsağlığı veririk. Ramiz Novruzun əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaq".
 
Aydın
 

OXŞAR XƏBƏRLƏR