Beynəlxalq Muğam mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilir.
AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib.
Mərasimdə Xalq artistinin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Ramiz Quliyev II-ci Fəxri xiyabanda dəfn ediləcək.