Xalq şair Ramiz Məmmədəli oğlu Rövşənə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə Ramiz Rövşənə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.