Ramos Avropa çempionatında iştirak etməyəcək

Ramos Avropa çempionatında iştirak etməyəcək
İDMAN
20:19 24.05.2021
442
Futbol üzrə İspaniya millisinin qarşıdan gələn Avropa çempionatı üçün iştirak ərizəsi açıqlanıb.

Bu barədə İspaniya millisinin "Twitter” hesabında paylaşım edilib.

Madrid "Real”ının müdafiəçisi və kapitanı Serxio Ramosun adı sözügedən siyahıda yer almayıb.

Qeyd edək ki, İspaniya millisinin heyətində "Kral” klubundan heç bir oyunçu Avropa çempionatına aparılmayacaq. 
OXŞAR XƏBƏRLƏR