"Ramştayn" Ukrayana 38 milyard dollar həcmində hərbi yardım ayırıb

"Ramştayn" Ukrayana 38 milyard dollar həcmində hərbi yardım ayırıb
DÜNYA
19:49 13.02.2026
222
"Ramştayn" toplantısında tərəfdaş ölkələr Ukraynaya 38 milyard dollar həcmində hərbi yardımı təsdiqləyiblər.

Bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov "Telegram” kanalına məlumat yayıb.

Məlumata görə, bu vəsait dronlar, hava hücumundan müdafiə sistemləri və "Patriot” raketləri üçün ayrılacaq.

Fedorovun sözlərinə görə, yardımların təxminən 6 milyard dolları konkret paketlərə bölünüb.
OXŞAR XƏBƏRLƏR