Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibənin Moskvanın planına uyğun getmədiyini etiraf edib və sərhəd zonasının atəşə tutulmasına cavab olaraq Ukrayna şəhərlərinin dağıdılmasına çağırıb.
AZXEBER.COM xəbər verir ki, Kadırov bu barədə "Telegram" kanalında məlumat yayıb.
"Artıq bizim ərazimizdə müharibə gedir. Mən bundan çox narazıyam. Biz artıq hərbi vəziyyət elan etmişik, amma atəş açırlar. Biz isə, məncə, cavabımızda zəifik: evimizə mərmi dəysə, biz şəhəri yer üzündən silməliyik ki, o, uzaq üfüqdə görünsün”, - Kadırov bildirib.
Kadırov bildirib ki, Qərb 10 il əvvəl Rusiyaya qarşı soyuq müharibəyə başlayıb və indi onlar hər yolla Rusiyanı məhv etməyə çalışırlar.