“Range Rover” aşdı - Üç ailə üzvü yaralandı - FOTO

SOSİAL
10:32 09.08.2019
2678
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Ucardan keçən hissəsində qeydə alınıb. "Range Rover”in sürücüsünün idarəetməni itirməsi səbəbindən avtomobil yoldan çıxaraq yuvarlanıb.

Qəza zamanı avtomobil yararsız hala düşüb. Maşında olan bir ailənin üzvləri -1970-ci il təvəllüdlü Firuzə İbrahimova, 2012-ci il təvəllüdlü İbrahimov Müseyib Rahib oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Humay Ramiz qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt bağlı araşdırma aparılır
 

 

 

 


OXŞAR XƏBƏRLƏR