Fransada iki qatar toqquşdu: 30 nəfər xəsarət aldı

Fransada iki qatar toqquşdu: 30 nəfər xəsarət aldı
DÜNYA
20:08 11.01.2025
269

Fransanın Strasburq şəhərində tramvayların toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir.

Məlumata görə, tramvaylardan biri digərinin yoluna çıxıb. Qəzada azı 30 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Nəşr hesab edir ki, qəzaya ilkin səbəb kimi açarların dəyişdirilməsində səhv ola bilər.

Vurğulanıb ki, Strasburq stansiyasında tramvay hərəkəti hər iki istiqamətdə dayandırılıb.
OXŞAR XƏBƏRLƏR