Raquf Orucovun oğlu: "Şəhid övladı kimi əmin oldum ki, siz və birinci xanım..."

Raquf Orucovun oğlu: "Şəhid övladı kimi əmin oldum ki, siz və birinci xanım..."
SOSİAL
23:33 01.02.2019
10169
"Aprel döyüşlərində atamın Vətənimiz uğrunda qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun Aprel döyüşlərindəki qələbəsi yalnız Ordunun deyil, həm də Sizin qələbəniz idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Sizdən alır. Lakin hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu Prezident İlham Əliyevin iştirakı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında çıxış edərkən bildirib.

Şəhid polkovnikin oğlu bir gənc kimi, dövlətimizə layiqli vətəndaş olmaq məqsədilə ADA Universitetinə qəbul olduğunu söyləyib: "Hazırda ölkəmizin ən nüfuzlu universitetlərindən birində təhsil alıram və dövlətim bizə dəstək olur. Digər sosial müdafiəyə ehtiyacı olan ailələr kimi, mənim də təhsil haqqım dövlətimiz tərəfindən ödənilir.

Cənab Prezident, Sizin dörd gün öncə şəhid ailələri ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı və nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunə oldu. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə isə minik avtomobilləri verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz Sərəncama uyğun olaraq, 2016-cı ildə biz də digər şəhid ailələri kimi 11 min manat vəsaiti almışıq”.

Aqşin Oruclu Qarabağ döyüşçülərinin və qazilərinin, şəhidlərin təbliği işinə qoşulduqlarını bildirərək bu məqsədlə 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların ailə üzvləri birləşərək İctimai Birlik yaratdıqlarını vurğulayıb: "Ümid edirik ki, gördüyümüz işlərlə dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kiçik töhfə vermiş oluruq. Güman edirik ki, bu iş valideynlərimizin ruhlarını da şad edib. Biz gənclər düşünürük ki, verdiyimiz hər itki əvəzinə minlərlə gənc onların keçdiyi şərəfli yolunu davam etdirməyə hazırdır. Mən bu gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, həyata keçirdiyiniz siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Siz və birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Azərbaycan vətəndaşları hər zaman Sizin şəfqət və mərhəmətinizi hiss edib. Sizin gəncliyə dəstəyiniz və sosial siyasətiniz bizdə özünəinam və əminlik yaradır.

Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan gəncliyi sabaha daha inamla addımlayacaq. Azərbaycanın əmin-amanlıq şəraitində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq. Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi bürcləri sürpriz günlər gözləyir
23:26 11.07.2026
Bəzi bürcləri sürpriz günlər gözləyir
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
23:13 11.07.2026
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır