Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.
AZXEBER.COM xəbər verir ki, sonxeber.az-a bu barədə xalq artisti özü məlumat verib. O, dünəndən etibarən səhhətində yaranan problemlə əlaqəli ev şəraitində müalicə alır. Kinoaktyor səhhətindəki problemin soyuqlama səbəbindən yarandığını vurğulayıb:
" Kombi yanmadı, otaqlar soyuq olduğu üçün sağlamlığımda problem yarandı. Soyuqlamışam, bir az qızdırmam var. Bu problemi aradan qaldırmaq üçün mürəbbəli çay içirəm".