02:09 Cümə Axşamı, 14 Noyabr 2019
TOP4

Rasim Balayevin ayaqları tutuldu - Hospitala yerləşdirildi

15:18, 25.09.20195054
Rasim Balayevin ayaqları tutuldu - Hospitala yerləşdirildi
Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.

"Rasim bəy, özünüzü necə hiss edirsiniz” sualını aktyor belə cavablandırıb:

"Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”.

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində "Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.
XƏBƏR LENTİ