Rasim Balayevin nəşi Azərbaycana bu tarixdə gətiriləcək - AÇIQLAMA

Rasim Balayevin nəşi Azərbaycana bu tarixdə gətiriləcək - AÇIQLAMA
ÖZƏL
14:11 29.03.2026
1775
Xəbər verdiyimiz kimi. Azərbaycanın tanınmış kino xadimi, aktyor, Xalq artisti Rasim Balayev vəfat edib.

Aktyor bu gün – martın 29-da müalicə aldığı Türkiyədəki xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, o, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi və müalicə məqsədilə Türkiyəyə yollanmışdı.

Xəbəri AZXEBER.COM-a aktyorun yaxın dostu, Əməkdar incəsənət xadimi Baba Vəziğlu təsdiqləyib. 

O bildirib ki, aktyorun oğlu Ülvi ilə az öncə ilə əlaqə saxlayıb və ölüm faktı təsdiq olunub.

Məlumata görə, mərhumun nəşi bu axşam Azərbaycana gətiriləcək. Onun qardaşı Asim hazırda Türkiyədədir və ailəyə bu acı xəbəri o çatdırıb.

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR