Mətbuatda yayılan məlumatlara görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yarandığı bildirilir. Yayımlanan xəbərlərdə görə, Rasim Balayev hazırda əsəb pozğunluğu yaşayır.
AZXEBER.COM məlumatı dəqiqləşdirmək üçün Rasim Balayevlə əlaqə saxlayıb. Lakin telefon zənginə onun oğlu cavab verərək bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır:
"Hazırda Rasim bəyin səhhətində heç bir problem yoxdur və o, özünü yaxşı hiss edir. Yayılan bütün məlumatlar yanlış verilib və həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Rasim Balayevin səhhətində problem olduğu barədə xəbəri Bakıvaxtı.az saytı yayıb.
Şahanə Ziyad










































