"Rasim Balayev Allah vergisi idi" - VİDEO

"Rasim Balayev Allah vergisi idi" - VİDEO
MAQAZİN
13:08 30.03.2026
128
"Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti, xalqı və milləti üçün çox böyük itkidir”.

Bunu AZXEBER.COM-a Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib.

"Rasim Balayev fitrətən kino və teatr üçün doğulmuşdu. Allah-Təala onu çox sevirdi. Tanrı ona gözəl fiziki görünüş, uca qamət, gur səs vermişdi. Kino və teatr üçün lazım olan iri gözlər və qeyri-adi sima bəxş etmişdi. Rasim Balayev Azərbaycan kinosunu dünyaya çıxaran şəxs olub. O, Hollivud səviyyəsində böyük aktyor idi. Onu digər kino aktyorlarından fərqləndirən zəngin daxili aləmi var idi. Başqalaşmağı çox gözəl bacarırdı. Rasim Balayev Allah vergisi idi”.

OXŞAR XƏBƏRLƏR