Rasim Musabəyovun 28 yaşlı jurnalist rəqibi kimdir?

Rasim Musabəyovun 28 yaşlı jurnalist rəqibi kimdir?
Seçki2024
11:48 28.01.2020
2835

Seçkilər günü yaxınlaşdıqca seçki dairələrində namizədlərin təbliğat prosesində aktivlik hiss olunur. Belə namizədlərdən biri 18 saylı Nərimanov – Nizami seçki dairəsinin ən gənc namizədi , tanınmış jurnalist Məmmədzadə Tural Sahib oğludur. Jurnalist dairə üzrə əhali ilə fəal görüşlər keçirir. Bundan başqa çoxlu sayda tanınmış şəxslər də, Turala dəstək olaraq namizədi sosial şəbəkələrdə dəstəkləyirlər.

Qeyd edək ki, bu dairə üzrə Turalın əsas rəqiblərindən biri Mİlli Məclisin hazırki deputatı Rasim Musabəyovdur. Tural bir neçə dəfə rəqibini debata səsləyərək açıq çıxışlar edib. 

Kifayət qədər aktiv olan Tural daha bir uğura isə dünən imza atıb. Belə ki , Azərbaycan seçki prosesi tarixində ilk dəfə olaraq öz rəqibi ilə nəzakət görüşü keçirib, seçki prosesi barədə müzakirələr aparıb. Jurnalistin görüş keçirtdiyi namizəd isə namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən , tanınmış iş adamı Xudaqulu Rzayevdir.

Qeyd edək ki, Tural Məmmədzadə 10 ildir ki, jurnalist fəliyyəti ilə məşquldur , müxtəlif kanallarda teleaparıcı kimi çalışıb, bir çox media qürumlarına rəhbərlik edib. Jurnalist fəaliyyəti ilə yanaşı Tural Azərbaycanda bir çox nüfuzlu şirkətlərin Marketinq və PR rəhbəri vəzifəsində çalışıb.

 

OXŞAR XƏBƏRLƏR