Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi

Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi
SİYASƏT
11:28 21.07.2015
4142
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyası sıralarından istefa verib.
APA-nın xəbərinə görə, R. Arifoğlu iyulun 15-də istefa ərizəsini partiyanın başqanı Arif Hacılıya və Divana göndərib.
Baş redaktor ərizəsində Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olduğunu, partiyanın rəhbər strukturlarında vəzifələr tutduğunu, daha əvvəl isə 1989-cu ilin oktyabrında yaradılan AMDP Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olduğunu xatırladıb: “Mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə partiyadakı funksiyalarımdan imtina edərək çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm və artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərəçarpan fəaliyyətim olmayıb”.
R. Arifoğlu bildirib ki, azad qəzetçi kimi fəaliyyəti, bir şirkət sahibi kimi bəzən biznes, korporativ maraqlardan, ya da geniş ictimaiyyətə açıqlaya bilmədiyi həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişləri Müsavat Partiyasının və şəxsən özünün bədxahlarında, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır: “AXCP və ona bağlı olan qurumlarsa bu məqamdan Müsavata qarşı şantaj vasitəsi kimi istifadə edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbər kənardan və daxildən olan bu basqılara cavab kimi “... “Yeni Müsavat”a qarşı hücumlar mənə olan hücumlardır” düsturunu irəli sürmüşdü. Lakin hesab edirəm ki, bu cür proses uzun müddət davam edə bilməz. Tamamilə haqlı olaraq Müsavatın 6-cı başqanı Arif Hacılı Məclisdəki sonuncu çıxışında “Yeni Müsavat”ı partiyadan asılı olmayan, öz baş redaktorunun və kollektivinin yönəltdiyi müstəqil qəzet elan edib. Mən də bunun bir gerçək olduğunu, oyun olmadığını təsdiq edirəm və bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm. Partiyada üzvlüyümü dayandırıram, müstəqil qəzetçi kimi bütün davranış və manevrlərimin, fəaliyyətimin sorumluluğunun yalnız mənə aid olduğunu bəyan edirəm. Lakin bilmənizi istərdim ki, Müsavat mənim hər şeyimdir, Müsavat mənim həyatımın mənası və özüdür! Mən təşkilatda üzvlüyümü dayandırsam da, əqidəcə müsavatçı kimi qalıram, bu missiyanın gələcəyinə inanaraq, onun üçün əlimdən gələni etməyə hazır olduğumu bildirirəm. Müsavat Partiyasının indiki rəhbərliyini, onun başqanını, siyasi kurs və mübarizəsini dəstəkləyirəm, sevinirəm ki, Müsavat adına olan təşkilatımız əmin və etibarlı əllərdədir. İnanıram ki, partiya da gərəkən zamanda, həmişə olduğu kimi, söz azadlığına və “Yeni Müsavat”a dəstək olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR