12:04 Bazar Ertəsi, 14 Oktyabr 2019
İQTİSADİYYAT

Rauf Cəbrayıllı: “Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait var”

14:52, 15.09.20195547
Rauf Cəbrayıllı: “Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait var”
"Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən iqtisadi sferada da özünü  ciddi şəkildə göstərir”

AZXEBER.COM xəbər verir ki, bu sözləri iş adamı Rauf Cəbrayıllı portalımıza açıqlamasında bildirib. 19 yaşından əmək fəaliyyətinə başladığını və hazırda ölkəmizdə bir çox inşa edilən binaları armatur materialı ilə təmin edən R.Cəbrayıllı yeni layihələri haqqında danışıb. O, hazırda ölkəmizdə aparılan iqtisadi islahtların tikinti bazarına da töfhə verdiyini qeyd edib: "Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin idxal gücü hər keçən gün artır. Bunun ən əsas səbəbi qeyri-neft sektoruna olan yatırımlar və bu sahədə aparılan məqsədyönlü işlərdir”.

İş adamının sözlərinə görə, tikinti materiallarının ixracında gömrük rüsumlarında edilən müəyyən endirimlər də bazarda qiymətlərin azalmasına səbəb olub. Bu isə, ən önəmli iqtisadi siyasətdi: "Yeni ildən bir sıra tikinti məhsullarının ölkəyə gətirilməsinə tətbiq edilən gömrük rüsumlarında dəyişikliklər edilib. Buna görə bəzi tikinti məhsullarının ölkəyə gətirilməsi xərcləri azalıb. Həmin məhsulların qiymətində ucuzlaşması isə tikinti bazarında canlanmaya səbəb olub”.

 

 

 

 

 


XƏBƏR LENTİ