Rauf Əliyev Avstriyada dava saldı

İDMAN
13:50 17.07.2013
1469

Yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirən "Bakı"nın ötən gün Serbiya “Donji Srem”i ilə yoxlama matçında qalmaqal yaşanıb.

Xoşagəlməz hadisəyə səbəb Rauf Əliyev olub. 

Belə ki, "Bakı"nın 1:4 hesabı ilə məğlub olduğu görüşün 88-ci dəqiqəsində  "zolaqlılar"ın forvardı  rəqib futbolçu Milasinoviçi itələyib. Əliyev özünü hadisə yerinə çatdıran hakim Manfred Krsniçə qarşı da eyni hərəkət edib. Məzh bundan sonra hakim oyunu dayandırıb. Qarşılaşma isə ümumilikdə kobud məcrada keçib. Bunun məntiqi nəticəsi kimi Aleksandr Şoliç əvəzlənmək şərti ilə meydandan qovulub. //korner.az

OXŞAR XƏBƏRLƏR