Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"

İDMAN
21:38 15.02.2025
435
Çempionluğu atama həsr etmək Çempionluğu atama həsr etmək istəyirəm.


AZXEBER.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının qalibi Rauf Məmmədov deyib.

Ölkə çempionu inanılmaz nəticə qazandığını vurğulayıb:

"Şokdayam, çünki tarixi Azərbaycan çempionatında qələbə qazanmaq çətin idi. Mənim üçün inanılmaz nəticədir. Çempionluğu ötən il rəhmətə gedən atama həsr etmək istəyirəm. Çünki onun dünyadan köçməsinin bir ili tamam oldu. Həmişə Azərbaycan çempionatında iştirak etməyimi istəyirdi".

Qrossmeyster xüsusən yarımfinalda Teymur Rəcəbov və finalda Şəhriyar Məmmədyarovla duellərə də toxunub:

"Bu cür şahmatçıları məğlub etmək əlbəttə, çox çətindir. Bir az da bəxt lazımdır. Şükür Allaha ki bəxtim də gətirdi. Həm Teymur, həm də Şəhriyarla oyun çətin keçdi"

Şahmatçı qarşıdakı planlar haqda sualı da cavablandırıb:

"Hələlik dincəlmək istəyirəm. Çünki çox çətin yarış oldu. Daha sonra bu barədə düşünəcəyəm.

Qeyd edək ki, R.Məmmədov Azərbaycan çempionatının finalında Şəhriyar Məmmədyarova qalib gələrək ölkənin ən güclüsü adına yiyələnib.

OXŞAR XƏBƏRLƏR