Rauf Mərdiyev: 'Ən yaxşı liderlər idarəçilik sistemi quranlardır' - “Alfa Ekstrim - Yay Düşərgəsi”
GƏNCLİK
12:12 22.08.2012
2602
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi, “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçirilib. Layihədə 60 nəfər gənc iştirak edib. Layihə ekstremal şəraitdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Şamaxı rayonunun ərazisində, 14-17 avqust və 17-20 avqust tarixləri arasında 2 növbə olmaqla baş tutub.Düşərgə müddətində iştirakçılara ilk tibbi yardım, şəbəkələşmə, start-up layihələr, layihələrin idarə olunması və s. mövzularda təlimlər keçirilib.“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev gənclərə “Liderlik” mövzusunda təlim keçib. Rauf Mərdiyev qeyd edib ki, ən yaxşı liderlər idarəçilik sistemi quranlardır. Liderlər öz komanda üzvlərinə yaxşı işləmək və məqsədlərinə nail olmaq üçün nüfuz edirlər: “Lider öz işləriylə başqalarına nümunə olmalı, mütəmadi olaraq yeni bacarıqlar mənimsəmək üşün çalışmalıdır. Lider davamlı olaraq yeni bilik qazanmalı, özünə inamı artıra bilən təcrübə axtarmalı, bacarıqlarını inkişaf etdirməlidir”. Rauf Mərdiyev bildirib ki, ən əsası isə lider səmimi insan olmalı və iş gedişatında səmimi mühit yaratmalıdır.Eyni zamanda iştirakçılar Heydər Əliyev Mərkəzi, Şamaxı rəsədxanası və rayonunun tarixi yerlərinə ekskursiyada iştirak ediblər.