Rauf Mərdiyev: “Nida” da digərləri kimi “İrəli” qarşısında yoxa çıxacaq"

GƏNCLİK
02:30 02.02.2014
2796
 “İrəli” uzun illərdir ki, ölkədə gənclər arasında gedən siyasi debatların ən fəal iştirakçılarındandır. Yaxın keçmişə nəzər salsaq, bunu aydın görərik ki. Ən müxtəlif vaxtlarda “Dalğa” təşkilatı, “Ol” hərəkatı ilə üz-üzə gəlmişik"AZXEBER.COM xəbər verir ki, bu sözləri Həftə İçi qəzetinə müsahibə verən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib. 
O həmçinin "İrəli"nin "Nida" ilə münasibətindən də danışıb:
"İndi də alternativ kimi “Nida” hərəkatının adını çəkirlər. Təcrübə göstərir ki, təşkilatın uzunmüddətli və uğurlu fəliyyəti üçün sağlam prinsiplər, sağlam əqidə lazımdır. Yuxarıda adını çəkdiyim təşkilatların mahiyyəti qaranlıq olduğu üçün onların fəallığı, bəzən mövcudluğu belə mövsümi xarakter daşıyır. “Nida” da digərləri kimi “İrəli” qarşısında yoxa çıxacaq”. Biz alternativ fikirlərin mövcudluğunu qəbul edir və buna müsbət yanaşırıq. Amma gənclərin siyasi oyunlarda vasitəyə çevrilməsinə qarşı daima mübarizə aparmışıq və müxalifət gənclər təşkilatlarını ifşa etdiyimiz üçün hər zaman onların hədəfində olmuşuq.

OXŞAR XƏBƏRLƏR