'Rauf Mərdiyevlə 5-cə dəqiqəlik söhbət kifayətdir ki, onun nə qədər tərbiyəli biri olduğunu fərq edəsən'

11:40 13.03.2013
1337

Əslində “İrəli” Gənclər Birliyinin sədrinə qarşı yönələn kampaniyanı tam normal qarşılayıram.

Hətta buna məntiqəuyğunluq kimi baxıram.

Ardınca da sual edirəm: Məgər kimsə bunun əksinimi gözləyrdi?

Və ya, ölkə üçün son dərəcə ciddi önəm daşıyacaq bir seçkinin yarımca addımlığında ilkən hədəfə Mərdiyev də alınmayıb kim alınmalı idı ki?

Radikal müxalifətin əsas hədəfi hər zaman mövcud iqtidarın aparıcı, fəal gəncliyi olmayıbmı?”

AZXEBER.COM xəbər verir ki, bu sözləri politoloq Elşən Musayev “İrəli”Gənclər Birliyinin sədri Rauf Mərdiyev haqda son günlər məbuatda səslənən fikirlərə münasibət bildirərkən söyləyib.

Politoloq daha sonra bunları söyləyib:

“Rauf Mərdiyevin ictimai-siyasi fəaliyyətini bir kənara qoyuram, məncə onunla 5-cə dəqiqəlik söhbət kifayətdir ki, qarşındakı insanın nə qədər tərbiyəli biri olduğunu fərq edəsən.

Ayrıca, “İrəli”nin fəaliyyətinə və oradakı atmosferə azacıq yaxından bələd olanlar yaxşı bilirlər ki, bu təşkilatda münasibətlər hansı kriteriyalar, hansı dəyərlər üzərində qurulub və özündə hansı doğmalığı, saflığı ehtiva edir.

Ən nəhayət, yaddaş problemi olanlara xatırlatmaq istəyirəm ki, 2008-cil Prezident seçkilərində Azərbaycan gəncliyinin təbliğat yükünü öz çiynində daşıyan böyük bir qism də məhz İrəli”nin fədakar üzvləri olub.

Eyni zamanda seçkilər arası dövrdə də təşkilatın xüsusi aktivliyi heç bir zaman nəzərdən qaçmayıb.

Odur ki, həm bu fəaliyyətin, həm də ölkədə baş verən son olaylarla bağlı “İrəli”nin sərgilədiyi mövqenin qarşılığında Rauf Mərdiyevə ünvanlanan qəzəbi, qərəzi, iftiranı fikrimcə tam normal, hətta təbii hal kimi qəbul etmək lazmdır”.

OXŞAR XƏBƏRLƏR